İran Hərbi Dəniz Qüvvələrlərinin 34-cü donanmasının "Albors" və "Buşer" təyyarədaşıyıcısı Ədən körfəzinə daxil olub. Hərbi gəmilər körfəzdə 77 gün ərzində dəniz yürüşündə olan 33-cü donanmanı əvəz edib. "İran Hərbi-Dəniz Qüvvələrlərinin donanmasının gəmilərinin beynəlxalq sularda həmçinin Ədən körfəzində olması ticarət gəmilərinin və neft tankerlərinin təhlükəsizliyinin təmin olunması üçün göndərilib", - deyə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrlərinin komandanı kontr-admiral Həbibulla Sayari bildirib. Məlumatlara görə, 34-cü donanma Ədən körfəzində və Qırmızı dənizdə təxminən üç ay olacaq. Qeyd edək ki, bundan əvvəl ABŞ ordusu Yəmən sahillərinə bir hərbi təyyarəsini və gəmisini göndərmişdi. Pentaqon açıqlama verib ki, gəmilərin göndərilməsində məqsəd bölgədə təhlükəsizliyi təmin etməkdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.