Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toy mərasiminə qatılıb. Cia.az-ın məlumatına görə, prezident enerji və təbii ehtiyyatlar naziri Taner Yıldızın oğlu Ömər Yıldız ilə Sena Yükselin toy mərasimində iştirak edib. Ərdoğan ATO Congresiumda baş tutan toy mərasimdə nikah şahidliyi edib. Xoşbəxt cütlüyün digər nikah şaahidləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və baş nazir Əhməd Davudoğlu olub. Həmin kadrları sizə təqdim edirik.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.