"Barselona"nın futbolçusu Xavi Hernandez yeni rekord müəyyənləşdirib.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu Çempionlar Liqasında 148-ci oyununu keçirib.
Çempionlar Liqasının 1/4 finalının "Portu" ilə cavab matçının ikinci hissəsində meydana çıxan Xavi turnirdə ən çox oyun keçirən futbolçu adını qazanıb. Bununla da, 35 yaşlı yaşlı futbolçu "Real"ın qapıçısı İker Kasilyası geridə qoyub. Kasilyas Çempionlar Liqasının 147 oyununda meydana çıxıb.
Qeyd edək ki, Xavi həmçinin Çempionlar Liqasının pley-off mərhələlərində ən çox oyun keçirən futbolçudur. İspaniya millisinin üzvü turnirin 53 pley-off oyununda iştirak edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.