banner
banner

İdman

Arda Turan meydandan qovuldu

Arda Turan meydandan qovuldu

Çempionlar Liqasının 1/4 finalının cavab görüşü çərçivəsində səfərdə "Real"ın qonağı olan "Atletiko" ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, hazırda davam edən görüşün 76-cı dəqiqəsində "Atletiko"nun yarımmüdafiəçisi Arda Turan meydandan qovulub.

İlk hissədə Kriştiano Ronaldoya qarşı kobud oyununa görə sarı vərəqə ilə cəzalandırılan türkiyəli futbolçu 76-cı dəqiqədə Serxio Ramosla ikili mübarizədən sonra qarşısında qırmızı vərəqə görüb. Matçın baş hakimi Ardanın rəqibinə qarşı kobud oynadığını əsas gətirərək onu meydandan qovub. Belədə Dieqo Simeonenin komandası mübarizəni 10 nəfərlə davam etdirmək məcburiyyətində qalıb.

Qeyd edək ki, "Santyaqo Bernabeu"da keçirilən oyunda hələlik hesab açılmayıb. Bu komandalar arasında baş tutan ilk görüşdə də qapılara qol vurulmayıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.