Üzdəki iri məsamələr ən çox rast gəlinən dəri problemlərindən biridir. Məsamələrin geniş olması sızanaq və qara nöqtələrin meydana gəlməsinə səbəb olur.
Məsamələri və qara nöqtələri təmizləyən kivi maskasını təqdim edirİK:
Bir ədəd kivini blenderdən keçirib, üzərinə 1 yumurta ağı və 1 çay qaşığı limon suyunu əlavə edib qarışdırın. Alınan maskanı göz ətrafı xaricində bütün üzünüzə çəkin. 10 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun. Maskanı həftədə yalnız bir dəfə tətbiq edə bilərsiniz.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.