banner
banner

İdman

"Blan qovulmayacaq" - PSJ-nin prezidenti

"Blan qovulmayacaq"

PSJ-nin baş məşqçisi Loran Blan mövsümün sonunda komandadan ayrılmayacaq.

Qol.Az-ın xəbərinə görə, bu barədə "İnfosport"a açıqlamasında klubun prezidenti Naser Əl-Xəlaifi deyib.

O, Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya məğlubiyyətə baxmayaraq Blanın qovulmayacağını bildirib: "Blanın əlindən gələni etdiyinə şübhəm yoxdur. Biz artıq Fransa kubokunu qazanmışıq. Ümid edirəm ki, çempionatın da qızıl medallarına yiyələnəcəyik. Jurnalistlərdən xahiş edirəm ki, Çempionlar Liqasında "Barselona"ya məğlubiyyətə görə Blanı tənqid etməsinlər. İstənilən halda o, yaxşı məşqçidir. Blan qovulmayacaq, əksinə yeni mövsümdə də komandanı çalışdıracaq".

Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2013-cü ildən PSJ-ni çalışdırır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.