banner
banner

İdman

Millimizin baş məşqçisi Albaniyada deputat seçəcək

Millimizin baş məşqçisi Albaniyada deputat seçəcək

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi aprelin 24-də Albaniyada keçiriləcək parlament seçkilərində səs verəcək.

"Report"un məlumatına görə, bu barədə italiyalı mütəxəssis "Sport News" nəşrinə açıqlamasında bildirib.

Albaniya vətəndaşı olduğu üçün fəxr etdiyini deyən De Byazi diplomatik pasportunun ləğv edilməsi ilə bağlı məsələyə də toxunub. 65 yaşlı baş məşqçi hələ rəsmi qərar olmadığını bildirib: "Bunu jurnalistlərdən eşitmişəm. Həqiqətən belədirsə, bir az mənasız qərardır. Çünki hansısa uğurumuza görə bu sənədi verib, 5 ildən sonra ləğv etmək absurddur. Amma tələb etsələr, pasportu mütləq qaytaracağam".

Qeyd edək ki, 2011 - 2017-ci illərdə Albaniya millisinə rəhbərlik etmiş Canni De Byaziyə diplomatik pasport yığmanı 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxardığı üçün verilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.