banner
banner

Sağlamlıq

DİQQƏT! COVİD-19 xəstəliyinin ağır keçməsinə təsir edən 5 risk faktoru

DİQQƏT!

Qadınlarla müqayisədə kişilər COVİD-19-a yoluxma zamanı xəstəliyi daha ağır keçirirlər.

Bunu Trend-ə həkim Emil Qasımov deyib.

Bu halı kişilərdə Y xromosomunun olması ilə əlaqələndirən həkim qeyd edib ki, immun sistemini idarəedən xromosomların çoxu X xromosomlarında olduğu üçün kişilər xəstəliyi daha ağır keçirirlər.

Onun sözlərinə görə, COVİD-19 virusuna yoluxma zamanı xəstəliyin daha ağır keçirilməsinə ümumilikdə 5 risk faktoru təsir göstərir.

Həkim əlavə edib ki, yaşın 60-65-dən yüksək olması xəstəliyin ağır keçirilməsi ehtimalını artırır. Bundan başqa, yanaşı xəstəliklərin olması da risk ehtimalını yüksəldir. Şəkər xəstəliyi, yüksək təzyiq, onkoloji xəstəliyi olanlar, kök insanlar risk qrupuna daxildirlər:

"Bəzən görürük ki, bir şəxs xəstəliyi ağır, evdəki digər ailə üzvləri isə yüngül keçirirlər, amma 10 gün sonra onun bacısı, qardaşı ağır vəziyyətdə xəstəxanaya gətirilir. Bu, onu göstərir ki, xəstəliyin ağır keçirilməsində digər risk faktoru genetik amillərdir. 5-ci faktor isə daha çox qapalı mühitdə işləyənlər, tibb işçiləri arasında müşahidə edilir. Viral yükə nə qədər çox məruz qalarsansa, xəstəliyi bir o qədər ağır keçirmə ehtimalı çoxalır”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.