Pandemiya səbəbilə iş həyatının evdə davam etdirilməsi kompüter qarşısında keçirdiyimiz saatları artırıb. Bu vəziyyət bir çox insanda bel ağrılarına gətirib çıxarıb. Mütəxəssislərin sözlərinə görə, hazırkı dövrdə cəmiyyətdə 10 adamdan 9-da bel ağrılarına rast gəlinir. Onurğa sütunu və xüsusilə də bel, yaxud da bel çuxuru əyri formada olur. Bu da öz növbəsində qamət pozğunluğu yaradır və bel ətrafı əzələlərin funksiyalarını pozur.
Axşam.az xarici KİV-ə istinadən, bel ağrılarını azaltmağa kömək edən üsulları təqdim edir :
1.Başınızda kitab gəzdirin Həm oturaraq, həm də ayaqüstə "başda kitab gəzdirmək" idmanı. Çiyinlərinizi düz saxlayaraq başınıza bir kitab qoyun. Bu şəkildə gündə bir neçə dəfə 5 dəqiqə dayanmağa çalışın. Belə etməklə bel əyriliyini aradan qaldıra bilərsiniz.
2.Əllərinizi bel boşluğuna qoyub möhkəm sıxın Döşəmədə uzanmış vəziyyətdə əllərinizi bel boşluğuna qoyun və belinizi sıxın. 10-a qədər sayın, sonra əllərinizi buraxın. Bunu səhər və axşam müntəzəm olaraq etdiyiniz zaman qarın və bel ağrılarını tamamilə azalda bilərsiniz.
3.Pişik-dəvə formasında dayanın Maili vəziyyətdə dizlərinizə və dirsəklərinizə söykənin. Belinizi pişik-dəvə formasında gətirərək hərəkət edin. Hər gün səhər 10 dəfə bu idmanı edin. Bu hərəkətlər belin həm ön, həm də arxa əzələlərini rahatlaşdırır.
4.Arxası üstə uzunaraq ayaqlarınızı yuxarıda saxlayın Arxası üstə uzanarkən hər iki ayağınızı yuxarı qaldırın. Əvvəl sağ ayağınızı ombanın üzərinə 10 dəfə endirib-qaldırın. Sonra eyni hərəkti sol ayağınız üzərində də icra edin. Daha sonra isə hər iki ayağınızı omba üzərində 10 dəfə endirib-qaldırın. Bu hərəkəti səhər və axşam 10 dəfə təkrar edin.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.