banner
banner

Sağlamlıq

Xərçəngin düşməni tapıldı- DİQQƏT

Xərçəngin düşməni tapıldı-

Xərçəng xəstəliyinin yaranması və müalicəsinə qarşı aparılan mübarizə bir nəticə verməsə də alimlər usanmaq bilmir.

Yeni-yeni müalicə metodları ilə gündəmə gələn tibb işçiləri bu dəfə insanları xərçəng xəstəliyindən uzaq tutacaq qidaların siyahısını hazırlayıblar.

Başlayaq brokolidən. Mütəxəssislərin bildirdiyinə görə, bu bitki C vitamini, kalsium və xərçəngə qarşı mübarizə aparan  indol-3 karbinol maddəsi ilə zəngindir. Xüsusilə də, süd vəzi və bağırsaq xərçənginə qarşı əvəzolounmaz dərmandır. Lakin bir şərt var. Brokolini həftədə 2 dəfədən artıq qəbul etmək olmaz.

Xərçəngin yaranmasının qarşısını alan digər qida isə sarımsaqdır. Bu qida xəstəliyin yaranmasının qarşısını almaqla yanaşı, müalicə zamanı da xüsusi təsirə malikdir.

Xərçəng xəstəliyindən qorunmaq üçün qida rasionunuza yerkökü əlavə etməyi də unutmayın. Bu bitkinin tərkibindəki betakaroten maddəsi ağız, yemək borusu və mədə xərçəngindən qoruma özəlliyinə sahibdir. Gündə 2 stəkan yerkökü suyu içmək isə prostat vəzi xərçəngindən qoruyur.

Alma, nar, qara üzüm, böyürtkən, gilas, qaragilə də xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, xəstəlik riskini bir neçə dəfə azaldır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.