banner
banner

Dünya

Azərbaycanlını öldürən - erməniyə pul yığılır

Azərbaycanlını öldürən -

Yekaterinburdakı erməni diasporu azərbaycanlı idmançının qətlində iştirak etmiş erməniyə görə aksiyaya başlayıb. 
Diasporu Emil Hüseynovu öldürən Tiqran Çiçakyanın qardaşı Andranik Çiçakyanın müalicəsi üçün pul yığır. 
Ermənistan mətbuatı yazır ki, guya kafedə dava zamanı azərbaycanlılar Andraniki döyüblər və onun almacıq sümüyü qırılıb. 
Qeyd edək ki, azərbaycanlı futbolçu Emil Hüseynovu vəhşicəsinə öldürən erməni Tiqran Çiçakyan artıq günahını boynuna alıb. Polisə ifadə verən cinayətkar qətlin törədilməsində bütün günahı öz üzərinə götürüb. Saxlanılan 5 nəfərdən 4-ü isə sərbəst buraxılıb. Hətta onlardan yaşayış yerləri haqqında məlumat belə götürülməyib. Faktla bağlı cinayət işi açılıb. Polis yalnız həmyerlimizi bıçaqlayan ermənini saxlayaraq istintaqa cəlb edib.

Xatırladaq ki, futbolçumuz Yekaterinburq şəhərində ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb. 

Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər. Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında Tiqran Çiçakyan adlı erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə sancıb. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayırlar. 

Azərbaycanlılar köməyə tələsərkən ermənilər hadisə yerindən qaçaraq uzaqlaşıblar. 

Emil Hüseynovu vəhşicəsinə öldürən erməni Tiqran Çiçakyan



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.