Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan Ermənistan-Türkiyə münasibətlərindən danışıb. O, İrəvanda təşkil edilən dialoqda iki ölkə arasında dostluğun və əməkdaşlığın bərpa olunması perspektivlərinən söz açıb. Politoloq bu əməkdaşlığı qeyri-mümkün adlandırıb: "Mən Ermənistanın və Türkiyənin münasibətlərində ciddi dəyişikliklər gözləmirəm." Türkiyənin "Tərəf" qəzetinin rubrika aparıcısı (kolumnist) Çengiz Aktar bildirib ki, türk cəmiyyəti vahid deyil və parçalanmış vəziyyətdədir. Türkiyədə elə qruplar var ki, onların fikri hakimiyyətin mövqeyi ilə uyğun gəlmir. Erməni politoloq Stepan Qriqoryan isə deyib ki, Ermənistan və Türkiyə mövcud problemləri dialoq yolu ilə həll etməlidir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.