Türkiyənin İzmit şəhərinin yüksəkliyində yerləşən ən səfalı yerlərdən birində Azərbaycan dövləti başçısının şərəfinə İlham Əliyev Parkı salınır. Parkın salınması Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi əsasında İzmit bələdiyyəsi tərəfindən reallaşdırılır. Parkın ərazisində Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslərin, ictimaiyyətin görkəmli nümayəndələrinin, elm və sənət adamlarının, mədəniyyət xadimlərinin, QHT rəhbərlərinin, KİV təmsilçilərinin və məktəblilərin iştirakı ilə ağaclar əkilib. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, TADEF-in sədri Bilal Dündar, İzmit bələdiyyəsinin sədri Nevzət Doğan mərasimdə çıxış ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan danışılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti başçısının güclü siyasi iradəsi, gələcəyə aydın baxışı əsasında reallığa çevrilən iqtisadi layihələr böyük bir regionda sürətli inkişafa, əhalinin rifahının yüksəlməsinə səbəb olub. Parkın salınmasında məqsəd Prezident İlham Əliyevə insanların məhəbbətini əks etməkdir.
Məlumat verilib ki, geniş sahəni əhatə edən parkda idman, əyləncə, səhiyyə, insanların rahat istirahəti üçün müxtəlif guşələr yaradılacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.