Çeçenistan lideri Ramzan Kadırovun razılığı olmadan respublika ərazisində əməliyyat keçirən digər regionların təhlükəsizlik qüvvələri yerindəcə güllələnəcək. Bu barədə Qroznıda yerli hüquq-mühafizə orqanlarının nümayəndələri ilə iclasda Ramzan Kadırov göstəriş verib. O deyib: “Hamı bilməlidir ki, Çeçenistan Respublikasının ərazisində qanun hökm sürür. Mən rəsmi şəkildə bildirirəm, əgər sizin razılığınız olmadan ərazinizdə kimlərsə peyda olsa, fərqi yoxdur istər moskvalı olsun, istərsə də stavropollu, yerindəcə atəş açın. Onlar bizimlə hesablaşmalıdır. Məsələn, bizim İnquşetiyaya gedib, orda terrorçular və ekstremistlərə qarşı əməliyyat keçirməyə haqqımız yoxdur”.
Ekspertlərin fikrincə, bu, R.Kadırovla Rusiyanın bir sıra hüquq-mühafizə orqanları arasında münasibətlərin gərginləşməsi fonunda baş verir. Kadırovun belə bir bəyanatla çıxış etməsinə səbəb aprelin 19-da Qroznıda Cambulat Dadayev adlı çeçenin Stavropoldan olan polis tərəfindən öldürülməsi olub.
R.Kadırov bildirib ki, indi Çeçenistan ərazisində belə şeylər olmayacaq və belə düşünənlər səhv edirlər: "O vaxtlar, 2000-ci illər geridə qaldı, kimi istəyirlər gəlib aparsınlar".
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.