Bu ilin ilk 9 ayı ərzində Ermənistanı 114966 nəfər tərk edib.
APA TV-nin məlumatına görə, bu rəqəm ölkədən gedənlərlə qayıdanlar arasında fərqi göstərir. Bu il Ermənistan sərhədlərindən xaricə 1 milyon 225 min 545 nəfər gedib, Ermənistana qayıdanların sayı isə 1 milyon 110 min 579 nəfərdir. Ermənilərin özünə təsəlli verəcəyi tək məqam ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə ölkəni tərk edənlərin sayının cüzi azalmasıdır. 2013-cü ilin ilk doqquz ayında Ermənistandan 122 min 191 nəfər köçüb. Yerli ekspertlər qış fəslinin gəlməsi ilə əlaqədar ölkədən gedənlərin sayının daha da artacağını proqnozlaşdırırlar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.