banner
banner

Sağlamlıq

Bu çaylar stressi azaldır

Bu çaylar stressi azaldır

Stress həyatımızın hər anında mövcuddur və bizi təqib edir. Pandemiya dövründə pozulan yuxu rejiminin də buna əlavə edilməsi işləri daha da çətinləşdirir. Lakin bütün bunları antidepresan təsirli bitki çayları ilə aradan qaldıra bilərik.

Axşam.az xarici mətbuata istinadən, həmin bitki çaylarını təqdim edir:

 

1.Çobanyastığı çayı
Bu çay əzələləri rahatladır. Eyni zamanda həzm prossesi yaxşı olmayan insanlar üçün də faydalıdır. Özünüzü həddindən artıq gərgin, yuxusuz və yorğun hiss etdiyiniz zaman bu çayı içməklə əzələlərinizi rahatlaşdıra bilərsiniz. Çobanyastığı çayından sonra mütləq dərin yuxuya hazır olun.

3-Lavanda çayı
Lavandanı qoxulamağın belə rahatlıq verdiyini bilirdinizmi? Tərkibindəki efir yağları sayəsində əzələlər rahatlayır, sinir sisteminə müsbət təsir edir. Aroması yüksək olduğundan, az miqdarda istifadə etmək və ya hazırladığınız çobanyastığı çayınıza kiçik bir yarpaq atmanız kifayətdir.

4-Pişikotu çayı
Latınca adı “Valerian” olan pişikotu 100-dən çox aktiv maddə bəxş edir. Bunlar insanı sakitləşdirir, narahatlığını azaldır və yuxu problemini aradan qaldrır. Kökləri və yarpaqları qədər özü də faydalıdır. Qan təzyiqini aşağı salır və əzələləri rahatlaşdırır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.