ABŞ Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan İsrailə bölgədəki hərbi üstünlüyü saxlamağa kömək etmək istəyir. Bunu ABŞ-ın vitse-prezidenti Con Bayden bildirib. O deyib ki, Birləşmiş Ştatlar 2016-cı ildə İsrailə beşinci yeni nəsil F-35 qırıcı təyyarələr verəcək. Bu addım ABŞ-ın öz müttəfiqinə Yaxın Şərqdə hərbi üstünlüyü saxlamağa kömək etmək üçün atılacaq. Vitse-prezident vurğulayıb ki, F-35 ən yaxşı təyyarədir. Yaxın Şərqdə təkcə İsraildə beşinci nəsil qırıcılar olacaq. Biz növbəti ildə F-35-i İsrailə çatdıracağıq. Xatırladaq, İsrail 2010-cu ildə 19 ədəd F-35 qırıcı təyyarə almaq barədə razılıq əldə edib. Bu ilin fevralında isə daha 14 təyyarənin alınması barədə ABŞ ilə müqavilə imzalayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.