banner
banner

İdman

A seriyasını tərk edəcək son klub da bilindi

A seriyasını tərk edəcək son klub da bilindi

İtaliya A seriyasını tərk edəcək 3-cü klub da müəyyənləşib.

Qol.az xəbər verir ki, bu, 25-ci turdan təxirə salınmış "Latsio” - “Torino” matçından sonra bəlli olub.

Sözügedən görüş qolsuz başa çatıb və bu heç-heçədən sonra “Latsio” 68 xalla 6-cı pillədə, “Torino” 36 xalla 17-ci pillədə qərarlaşıb. Bu nəticə ilə “Benevento”nun A seriyasını tərk edəcəyi dəqiqləşib.

Komanda hazırda 32 xalla 18-ci sırada qərarlaşıb. “Benevento” son turda məhz “Torino”nun qonağı olacaq. Amma Turin təmsilçisi bu oyunda uduzsa belə, 17-ci pillədə qalacaq. A seriyasında son turun qarşılaşmaları 22-23 mayda keçiriləcək.

Xatırladaq ki, daha öncə 20 xalla 20-ci və 22 xalla 19-cu pillələrdə qərarlaşmış “Parma” ilə “Krotone”nin elitanı tərk edəcəyi dəqiqləşmişdi.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.