banner
banner

İdman

"Barselona" Aquero ilə güclənəcək" - Qvardiola

"Barselona" Aquero ilə güclənəcək" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Serxio Aqueronun komandadan ayrılması və "Barselona"ya mümkün keçidi barədə danışıb.

Qol.az BBC-yə istinadən xəbər verir ki, jurnalist Fabrizio Romano Aqueronun "Barselona" ilə 2 illik ilkin müqavilə imzaladığı haqda məlumat yayıb. Qvardiola oyunçunun gələcəyi ilə bağlı belə danışıb:

"Yəqin ki, bir sirri açacağam. Deyəsən, o, ürəyimdəki klubla - "Barselona" ilə müqavilə bağlamağa yaxındır. Aquero bütün zamanların ən yaxşı futbolçusu olan Messi ilə birlikdə oynayacaq. Əminəm ki, onu sevəcək. "Barselona" yəqin ki, Aquero ilə güclənəcək".

Qeyd edək ki, Aquero bu mövsüm Premyer Liqada 12 matçda 4 qol vurub və 1 qolun ötürməsini verib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.