Ukraynanın paytaxtı Kiyevdə mədənçilər tətilə başlayıb. Bir qrup fəallar kömür və energetika nazirliyinin qarşısında toplaşaraq hökumətin enerji siyasətinə qarşı etiraz aksiyası keçiriblər. Hökumətin kömürü xaricdən idxal etməsi mədənçilərin səbr kasasını daşıran amil olub. Fəallar bildiriblər ki, daxili məhsula ehtiyac olmayacağı təqdirdə hökumətin onların iş yerlərini bağlaması ehtimalı yüksəkdir.
“Biz hökumətin kömürü və elektrik enerjsiini ölkə daxilindən almasını istəyirik. Hökumət bizim məsullara ehtiyac duymur. Bu azmış kimi mədənlərin fəaliyyətini dayandırmağa başlayıb. İş yerərimizi tirirəcəyik. Hara gedə bilərik”, - deyə fəhlələrdən biri deyib.
Əksəriyyəti Donbas regionundan olan etirazçılar energetika nazirinin istefasını da tələb ediblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.