Pakistanda qatarlar toqquşub, 36 nəfər həlak olub, 50 nəfər xəsarət alıb FOTO VİDEO YENİLƏNİB
Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.
Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.
Qeyd edək ki, hadisə ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub.
***
Pakistanda iki qatar toqquşub.
"Report" xəbər verir ki, bu barədə yerli "ARY News" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin cənubunda qeydə alınıb. Qəza nəticəsində azı 30 nəfər həlak olub.
Telekanalın məlumatına görə, sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. Dəmiryol idarəsinin nümayəndəsi qeyd edib ki, relsdən çıxmış qatar digər qatara çırpılıb.
Yerli hakimiyyət orqanının təmsilçisi Usman Abdulla qəza zamanı azı 30 nəfərin öldüyünü təsdiqləyib. O, qeyd edib ki, daha bir neçə nəfər vaqonların dağıntıları altında qalıb.
TV9 Hindi telekanalı isə bildirib ki, qəza zamanı 33 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Qatarların toqquşmasından sonra bu ərazidə qatarların hərəkəti dayandırılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.