Yeni mövsümdə trendin nə olacağını əvvəlcədən proqnozlaşdırmaq o qədər də asan deyil. Ancaq bir şey dəqiqdir ki, gözəllik dünyası mütləq özünü göstərmək üçün bəzi sürprizlər və fürsətlər hazırlayacaqdır.
Axşam.az sizə bu yay hansı saç düzümləri və rənglərinin aktual olacağını təqdim edir:
1. Farra Fouset kimi 1 qat
Retro tərzi həmişə aktualdır. Yalnız moda aləmində deyil, həm də gözəllik dünyasında da... Bu yay keçən əsrin 70-ci illərindən və çoxqatlı saç düzümü edən məşhur aktrisa-model Farra Fousetdən ilham ala bilərsiniz.
2. Çimərlik tərzli saç düzümü
Bu saç düzümü yayda yenidən trendə dönəcəkdir. Keçən il bəlkə də ən populyar idi. Bu dəfə də çox tez-tez rast gəlinəcək.
3. Flob saç düzümü
Flob saç düzümü hər xanıma yaraşmır. Amma düz flob bu ilin trendləri sırasındadır.
4. "Fransız disko"
Məşhur bərbər Kevin Mörfi tərəfindən dizayn edilmiş bu saç düzümü bu yayın dəbi sırasındadır.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.