banner
banner

Dünya

BMT: 115 günahsız uşaq öldürülüb

BMT:

Yəməndə döyüşlərin və hava zərbələrinin həyata keçirildiyi bir ay ərzində qətlə yetirilən və xəsarət alan uşaqların sayı açıqlanıb. 
Yəməndə martın 26-dan bəri hərbi əməliyyatlar nəticəsində ən azı 115 uşaq öldürülüb, 172 azyaşlı şikəst olub. Bu barədə Cenevrədə BMT-nin uşaqlara yardım fondu YUNİSEF-in (UNİCEF) Yəmən təmsilçisi Julien harneys bildirib.
YUNİSEF-in rəsmi nümayəndəsi münaqişədə ən azı 551 dinc sakin həlak olduğunu dilə gətirib. 
BMT-nin təxmini hesablamalarına görə, 150,000-dən çox insan Yəməndəki zorakılıq nəticəsində köçkün düşüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı ilə həyata keçirilən koalisiya hücumları Yəməndə bir çox ərazini ələ keçirmiş husi üsyançıları hədəf alıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.