banner
banner

Sağlamlıq

Nadir xəstəlik: əri öpəndə qaşınır

Nadir xəstəlik:

Bu qadın dünyanın ən nadir xəstəliklərindən, allergiyanın ən maraqlı formalarından birinə mübtəla olub. 

İngiltərənin Lids şəhərinin sakini, 28 yaşlı Kerri Ermiteyjin dediyinə görə, suya, daha doğrusu, seliyə allergiyası var. Bu səbəbdən də əri Kerrini öpən kimi qadını qaşınma tutur, onun dərisi qızarır və səpir.

Kerri tərləyəndə və ya ağlayanda da qaşınmağa başlayır.

Anafilaksiya sindromu kimi tanınan "aquagenic urticaria" xəstəsi olan Kerri Ermiteyc indiyədək ən müxtəlif hospitallarda və klinikalarda müayinə olunsa da, həkimlər onun dərdinə çarə tapa bilməyiblər.

3 övlad anasının dediyinə görə, əri Piterlə birlikdə bu bəlanın çözümünü arayırlar.
 "Ərimin məni öpməsini dörd il əvvəl qadağan etdim. Çünki onun dodaqlarındakı selik, su məni möhkəm qaşındırırdı. Nə edəcəyimizi bilmirik. Həkimlər xəstəliyimin çarəsini bilmirlər", - Kerri deyib.

İş o yerə çatıb ki, Kerri övladlarını qucaqlaya bilmir: çünki uşaqların dərisindəki tər molekulları Kerrinin vücuduna toxunan kimi qadında möhkəm qaşınma və səpki başlanır.

Soyuq su içə bilməyən Kerri Ermiteyc qəhvə və çay içir. Qaşınmamaq, allergiya sindromunu gücləndirməmək üçün o, suyu yalnız otaq temperaturunadək qızdırandan sonra qab və ya paltar yuya bilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.