banner
banner

Dünya

Vulkan külü Argentinaya çatdı

Vulkan külü Argentinaya çatdı

Çilinin cənubunda uzun müddət sonra baş verən vulkan püskürməsi fəsadlara səbəb olub. Paytaxt Santyaqonun cənubunda yerləşən Kalbuko vulkanı kül püskürməyə davam edir. 
Püskürmə nəticəsində 20 kilometr hündürlüyə kül və toz qatı yayılıb. Ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Təhlükəli zonadan 5000-dən çox sakin təxliyyə edilib. Kalbuko vulkanı ümumilikdə 9 dəfə partlayıb. Ən son partlayış isə 1972-ci ildə qeydə alınmışdı.
Çilidə oyanan Kalbuko vulkanının püskürdüyü kül Argentinanın Bariloçe şəhərinə də çatıb. Yerli hökumət nümayəndələrinin sözlərinə görə, vulkan külünün Bariloçedəki yaşayış məntəqələrinə çatması səbəbindən Luis Kandelaria adına beynəlxalq hava limanında aviareyslər təxirə salınıb. Bölgədəki təhsil müəssisələrində dərslər də dayandırılıb, dövlət müəssisələrinin işində fasilələr yaranıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.