Rəsmi Moskva Çeçenistan prezidenti Ramazan Kadırov ilə bağlı mətbuatda yayılmış məlumatlara aydınlıq gətirib. Kreml Çeçenistan Respublikasınının prezidenti Ramzan Kadırovun Moskvada Federal səviyyəli vəzifəyə təyin olunacağı haqqında KİV-lərdə yayılmış informasiyanı təsdiq etməyib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib: "Mən bilmirəm, mətbuat belə informasiyanı hardan alır. Qədirov Rusiya Federasiyası regionlarından biri olan Çeçenistanın başçısıdır."
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.