Nepalin Pohara əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 879 nəfər həlak olub. Bu barədə Frans Press agentliyi Nepalın daxili işlər nazirliyinə istinadən xəbər verir. Məlumata görə, ölənlərin 20-si hindistanda, 10-u isə digər qonşu ölkələrdə həlak olanlardır. Bu, son 81 ildə Nepalda ən güclü zəlzələdir. Zəlzələnin gücü rixter cədvəli ilə 7,9 bal təşkil edib. Sakinlər evlərini tərk edərək küçələrə çıxıblar. Güclü yeraltı təkanların təsirindən paytaxt Katmanduda bir neçə bina dağılıb, tikililərə aid divarlar uçub. Katmanduda yerləşən və YUNESKO-nun mədəni irs siyahısına daxil edilən Darahara məbədinin qülləsi də dağılıb.
Dağıntılar altında xeyli insanın qaldığı ehtimal edilir. Axtarışlar nəticəsində 1 nəfər sağ çıxarılıb. Xeyli sayda yaralı da var, lakin onların dəqiq sayı məlum deyil. ABŞ-ın geoloji tədqiqat mərkəzi zəlzələnin episentrinin yerin 31 kilometr dərinliyində olduğunu açıqlayıb. Yeraltı təkanların Hindistanın paytaxtı Dehlidə də hiss edildiyi bildirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.