banner
banner

İdman

"Neftçi" rəsmən çempionluqla vidalaşdı - VİDEO

"Neftçi" rəsmən çempionluqla vidalaşdı -

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları keçirilib.
Turun bütün oyunları eyni günə nəzərdə tutulub.
“Xəzər Lənkəran” öz meydanında “Qəbələ”ni qəbul edib. Cavid Hüseynovun matçın 48-ci dəqiqəsində vurduğu qol “Qəbələ” yə ardıcıl 8-ci qələbəni qazandırıb. 
Kubokun yarımfinalında mübarizəni dayandıran “Simurq” səfərdə “Sumqayıt”ın qonağı olub. Bu görüşün də taleyini bir qol həll edib. Matçın 49-cu dəqiqəsində hesabı açan "Sumqayıt" bu üstünlüyünü sonadək qoruyub - 1:0. 
“İnter” öz meydanında AZAL-la üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib.
Turun ən maraqla gözlənilən oyunu da paytaxda baş tutub. Burada əzəli rəqiblər - “Qarabağ” və “Neftçi” qarşılaşıb. Oyun Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Azərbaycan Premyer Liqası. XXXI tur
25 aprel

17:00. “Xəzər Lənkəran” – “Qəbələ” - 0:1
Qol: Cavid Hesynov, 48 (0:1)
Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1 ("Xəzər Lənkəran")
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
İlk 3 dövrədəki oyunlar: 1:1, 3:0, 1:3
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Sumqayıt” – “Simurq” - 1:0
Qol: Pərdis Fərcad-Azad, 49 (1:0)
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov
Köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
İlk 3 dövrədəki oyunlar: 2:3, 2:1, 1:1
“Kapital Bank Arena”

18:00. “İnter” – AZAL - 2:0
Qol: Arif Daşdəmirov, 59 (1:0), 75 (2:0)
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:1
“İnter Arena”

19:00. “Qarabağ” – “Neftçi” - 3:2
Qollar: Muarem Muarem, 15 (1:0)? Cavid Tağıyev, 27 (2:0), Araz Abdullayev, 31 (2:1), Nikolas Kanales, 60 (2:2), Leroy Corc, 70 (3:2)
Qırmızı vərəqə: Karlos Kardozo, 76 ("Neftçi")
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev
Köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev
İlk 3 dövrədəki oyunlar: 3:1, 0:0, 1:0
“Bakcell Arena”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.