banner
banner

Sağlamlıq

İspanaq orqanizmi cavanlaşdırır

İspanaq orqanizmi cavanlaşdırır

İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.

 

Axşam.az xəbər verir ki, onun tərkibində A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar. 

İspanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:

- orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır

- orqanizmdən ziyanlı maddələri xaric edir

- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir

- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır

- bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır

- mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir

- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır

- sinir sistemi üçün faydalıdır

- damarları genişləndirir, arterial təzyiqi tənzimləməyə yardım edir

- göz sağlamlığını qoruyur.

Gözəlliyi ilə bütün dünyada məşhur olan fransız qadınları ispanağı formada qalmaq və dərini daha gözəl etmək üçün daim istifadə edir. Sizə ispanaq maskasının reseptini təqdim edirik: ispanaq yarpaqları yaxşı yuyulur, blenderdə əzilir, üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və nəmləndirici krem çəkin.

İspanağın əsas mənfi cəhəti tərkibində çoxlu turşəng turşusunun olmasıdır. Bu səbəbdən ispanağı podaqra və böyrək xəstəlikləri zamanı istehlak etmək olmaz



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.