banner
banner

Sağlamlıq

Koronavirusun əsas simptomları yoxa çıxıb

Koronavirusun əsas simptomları yoxa çıxıb

Pandemiyanın ilk dövrlərindən başlayarq koronavirusun əlamətləri gündəmdədir. İndiyə kimi Covid- 19-un bir çox simptomları ortaya çıxıb və zaman keçdikcə bu sıraya yeni əlamətlər əlavə olunur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ingiltərəli həkimlərin apardığı yeni araşdırmalara görə, koronavirusa yoluxan yeni xəstələrdə infeksiyanın əsas simptomları yoxa çıxıb.

 

Yoluxanların əksəriyyətində öskürək, iy və dadbilmə müşahidə olunmur. İnfeksiyanı daşıyanlar koronovirusu adi mövsüm qripi kimi keçirir. Onlarda yalnız baş ağrısı, əzələ ağrısı və burun tutulması kimi simptomlara rast gəlinir.

Qeyd edək ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasına görə, Covid-19-un göstəricisi sayılan əlamətlər hərarət, öskürək, təngnəfəslik, nəfəs almada çətinlik, üşütmə, titrətmə, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı, iy və dadbilmənin itməsi idi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.