banner
banner

İdman

Savo Miloşeviç: "Neftçi" keyfiyyətli komandadır"

Savo Miloşeviç: "Neftçi" keyfiyyətli komandadır"

"Artıq başqa peşədəyəm, fərqli iş görürəm. Avropanın 3 böyük çempionatında oynamışam. Bununla qürur duyuram".

"Report"un məlumatına görə, bu fikirləri Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasının baş məşqçisi Savo Miloşeviç "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra flaqmanın televiziyasına açıqlamasında deyib.

48 yaşlı mütəxəssis oyunçularının yorğun olduğunu bildirib: "Ona görə iki fərqli heyətlə çıxış etdik. Əslində toplanışın ilk günlərində belə güclü komanda ilə qarşılaşmağı sevmirəm. Amma nə etmək olar? Bu görüş mənim təyinatımadək danışılmışdı. "Neftçi" çox keyfiyyətli, səviyyəli oyunçulardan qurulmuş komandadır. Sevinirəm ki, sonadək dözə bildik".

Serbiyalı baş məşqçi "ağ-qaralar"ın heyətində Yusif Lavalın çıxışını bəyəndiyini söyləyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.