banner
banner

Sağlamlıq

Acı bibər - qara ciyəri fibrozdan qoruyur

Acı bibər -

Fibroz qara ciyərin birləşdirici toxumasının böyüməsidir. Bu böyümə hüceyrədənkənar matriks (birləşdirici toxumanın əsasıdır) zülallarının həddən artıq yığılması nəticəsində əmələ gəlir. Bu proses qara ciyərin xroniki xəstəliklərinin əksər tiplərində müşahidə olunur. Acı bibərin tərkibindəki kapsaitsin adlı xüsusi maddə qara ciyərin vəziyyətinə təsir göstərib, onu zədələməkdən qoruyur. Məhz həmin maddə bibərə acı dad verir.

Nəticələri Avstriyada beynəlxalq konqresdə təqdim olunan tədqiqat zamanı mütəxəssislər təcrübə siçanlarını bir neçə qrupa ayırıblar. Gəmiricilərin bir qrupunun öd yollarını bağlayıblar və nəticədə onlarda öd yığılmağa və qara ciyər fibrozu inkişf etməyə başlayıb. Sonra siçanlara üç gün ərzində kapsaitsin veriblər.

Gəmircilərin ikinci qrupuna zəhərli maddə tetraxlormetan verilib. Təmizləyici vasitələrin tərkibinə daxil olan bu maddə odsöndürmə aşqarıdır. Siçanlara həm zəhərdən əvvəl, həm onunla birlikdə kapsaitsin veriblər.

Məlum olub ki, kapsaitsin qara ciyər fibrozu ilə bağlı olan ulduzşəkilli hüceyrələrin fəallığını zəiflədir. Bu maddə birinci qrupdakı siçanların qara ciyər toxumalarını qismən bərpa edir, ikinci qrup gəmiricilərdə zədələrin əmələ gəlməsinin qarşısını alır. Lakin kapsaitsin qara ciyərində fibroz inkişaf edən siçanları qoruya bilməyib.

Alimlərin fikrincə, bu tədqiqatlar qara ciyər zədələrinin və fibrozunun müalicəsi və profilaktikasında istifadə etmək üçün kapsaitsinin öyrənilməsinin zəruri olduğunu təsdiq edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.