Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin kompyuter sisteminə daxil olublar. Ağ Ev rəhbəri Barak Obamanın məktublarına giriş əldə edən hakerlərin rus olduğu bildirilir. Bu barədə “New York Times” qəzeti yazıb. Xəbərdə bildirilir ki, B.Obamanın yazışmaları sistemə daxil olan hakerlər tərəfindən oxuna bilər. Lakin yazışmaların nə qədər və məzmununun nədən ibarət olduğu gizli saxlanılır. RF prezidenti mətbuat katibi Dmitri Peskov hadisə ilə bağlı açıqlama verərkən, bu kiber-hücumlarla Rusiya hakimiyyətinin heç bir əlaqəsi olmadığını bəyan edib. Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə Ağ Evin kompyuter sistemlərinə hücumlar edilib. və hər dəfə rus hakerlər günahlandırılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.