Sutka ərzində Nepalda qeydə alınan yeraltı təkanlar ölkə əhalisini təşviş içində saxlayıb. Nepalda növbəti güclü zəlzələ meydana gəlib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) xəbər yayıb. Xəbərdə bildirilir ki, bazar günü maqnitudası Rixter cədvəli üzrə 5.6 bal olan yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentri paytaxt Katmandudan 41 km məsafədəki Kirtipur şəhərində, ocağı 10 km dərnilikdə yerləşib. Bu zəlzələ nəticəsində dağıntı və xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir. Lakin şənbə günü qeydə alınan güclü zəlzələ nəticəsində ölənləri sayı 1805-i ötüb. Təbbi fəlakətdə 4700-dən çox insan xəsarət alıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.