Əfsanəvi italiyalı mütəxəssis Marçello Lippi cari mövsümün sonunda məşqçi karyerasını başa vuracağını açıqlayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hazırda Çinin "Quançjau" klubunu çalışdıran təcrübəli mütəxəssis deyib ki, yaşının çox olması səbəbindən bu qərarı verib:
"Yeni mövsümdən "Quançjau" klubunu başqa məşqçi çalışdıracaq". Qeyd edək ki, 66 yaşlı M.Lippi 2006-ci ildə baş məşqçilik etdiyi İtaliya millisi ilə dünya çempionu olub. O, "Yuventus"da işlədiyi dönəmdə isə Turin təmsilçisini 5 dəfə ölkə çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.