banner
banner

Dünya

Yaxın Şərqdə qarşıdurma

Yaxın Şərqdə qarşıdurma

Yaxın Şərqdə İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurmalar yaşanıb. 
Qüds şəhərində bir qrup fəal əllərində daş və küt maddələrlə İsrail polisinə hücum ediblər. İki gün əvvəl İsrail polisinin fələstinli yeniyetməni atəş açaraq öldürməsi fəalların qəzəbinə səbəb olub.
İsrail polisi 17 yaşlı yeniyetmənin əlində qəssab bıçağı ilə polisə hücum etdiyini əsas gətirərək ona atəş açıldığını qeyd edib. Polis onu zərərsizləşdirmək üçün 10 dəfə atəş açıb. Yeniyetmənin ailəsi ona qarşı keçirilən əməliyyat zamanı övladlarınının xüsusi amansızlıqla öldürüldüyünü bildiriblər.
Qüdsdə qeydə alınan qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb. İsrail polisi gözyaşardıcı qazla aksyanı dağıtmağa çalışıb.
Son günlərdə Yaxın Şərqdə qarşıdurmaların artması ilə əlaqədar İsrail ilə Fələstin arasındakı gərginlik yenidən şiddətlənə bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.