Qazaxıstanda növbədənkənar prezident seçkilərinə start verilib.
Cia.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, seçki məntəqələri səhər saat 6-da müşahidəçilər üçün, saat 7-də isə artıq vətəndaşların səsverməsi üçün açıq elan edilib.
Səsvermə axşam saat 8-dək davam edəcək.
Qazaxıstanın xarici ölkələrdəki diplomatik missiyalarındakı məntəqələr də daxil olmaqla, ümumilikdə 9741 seçki məntəqəsi fəaliyyət göstərir.
Doqquz milyondan çox insan səsvermə hüququna malikdir ki, bu da ötən seçkilərlə müqayisədə 150 min nəfər çoxdur.
Qeyd edək ki, Qazaxıstanda prezident seçkiləri uğrunda hazırki dövlət başçısı Nursultan Nazarbayev (“Nur Otan” partiyası), Turqun Sızdıkov (Kommunist Xalq Partiyası) və müstəqil namizəd Abelqazi Kusainov mübarizə aparır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.