Almaniya Bundesliqsında 30-cu turun oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə iki görüş keçirilib.
“Paderborn” öz meydanında “Verder”lə qarşılaşıb. Oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.
“Volfsburq” səfərdə Münhenqaldbax “Borussiya”sına uduzub – 0:1. Ən yaxın izləyicisinin bu xal itkisi “Bavariya”nı vaxtından əvvəl çempion olması ilə nəticələnib. Yarışın sonuna dörd tur qalmış “Volfsburq”la xal fərqini 12-ə yüksəldən Münhen təmsilçisi çempionluğu qeyd edib.
Qeyd edək ki, bu, "Bavariya"nın ardıcıl üçüncü, tarix ərzində isə 25-ci çempionluğudur.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.