İspaniya La Liqasında 33-cü turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, növbəti oyun günündə daha 4 görüş keçirilib.
“Malaqa” öz meydanında”Deportivo” ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.
“Almeria” azarkeşləri önündə “Etbar”ı məğlub edib – 2:0. Eyni hesabla “Sevilya” “Rayo Valekano”nu üstələyib.
Madrid “Real”ı isə səfərdə “Selta Viqo”nun qonağı olub. Meydan sahibləri oyuna fəal başlayıb və hesabı açan tərəf olub. Lakin Karlo Ançelottinin komandası 4:2 hesabı ilə qalib gələrək sensasiyaya imkan verməyib.
Qeyd edək ki, La Liqada 33-cü tura bu gün keçiriləcək “Valensiya” – “Qranada” oyunu ilə yekun vurulacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.