Türkiyə superliqasında 28-ci turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, növbəti oyun günündə daha dörd görüş keçirilib.
Öz meydanında "Akhisar"ı qəbul edən “Konyaspor” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
“Erciyesspor” səfərdə “Balıkəsirspor”un qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Eyni hesab “Gənclərbirliyi” – “Trabzonspor” matçında da qeydə alınıb.
“Qalatasaray” doğma meydanda “Qaziantepspor”la üz-üzə gəlib. Görüş “Cim-bom”un qələbəsi ilə başa çatıb – 1:0. Bu qələbədən sonra İstanbul klubu yenidən liderliyi ələ keçirib.
Qeyd edək ki, superliqada 28-ci tura "Beşiktaş" - "Karabükspor" oyunu ilə yekun vurulacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.