Şimali Kipr Türk Respublikasında (KKTC) keçirilən prezident seçkisinin qalibi Mustafa Akıncı oldu. ANS PRESS-in məlumatına görə, bu barədə yerli Mərkəzi Seçki Komissiyasının sədri Şafak Öneri məlumat verib. Sədr seçicilərin 64.15 faizinin seçkidə iştirak etdiyini, istifadə olunan 110 min 60 səsdən 108 min 32 səsin etibarlı sayıldığını qeyd edib.
Sədr, müstəqil namizəd Mustafa Akıncının 65 412 səslə 60.38 faiz, sabiq prezident Dərviş Əroğlunun 42 520 səslə 39.62 faiz seçicidən dəstək gördüyünü və bu nəticəyə görə, Akıncının qalib olaraq elan olunduğunu bildirib.
Öneri rəsmi nəticələrin bu gün açıqlanacağını, Akıncının bu həftə ərzində mandatını alacağını deyib. Mustafa Akıncının prezidentlik müddəti 5 il davam edəcək.
Mustafa Akıncı 1947-ci il dekabrın 28-də Limasolda anadan olub. Yaxın Şərq Texniki Universitetinin (ODTÜ) memarlıq fakultəsindən məzun olan Akıncı 1975-ci ildə Kipr Türk Federativ Dövlətinin qurucu məclis üzvü seçilib.
1976-cı ildə 29 yaşında Lefkoşa bələdiyyəsinin sədri seçilən Akıncı bu vəzifəyə 1990-cı ilə qədər davam edib.
1987-ci ildən 2001-ci ilə qədər Toplumçu Qurtuluş Partiyasının sədri olan Akıncı 1993 – 2009-cu illər arasında KKTC parlamentinin millət vəkili olub. 1999 – 2001-ci illərdə baş nazirin müavini və turizm naziri olub.
2003-cü ildə Kofi Annan planı dövründə yaradılan Sülh və Demokratiya Hərəkatının qurucularından olan Akıncı bir müddət hərəkata sədrlik də edib.
Yaxşı səviyyədə ingilis dili bilən Mustafa Akıncı ailəli və 3 övlad atasıdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.