Şiələrin İmam Hüseyn və 72 yoldaşının şəhid edilməsini xatırlama məqsədiylə təşkil etdikləri “Aşura mərasimlərinin” təşkil edildiyi Kazimiyyə bölgəsindəki Ədalət Polis Mərkəzinə hava topunun (minomyot) atılması nəticəsində 1 polis ölüb, 7 polis də yaralanıb.
CİA.Az modern.az-a istinadən xəbər verir ki, Kazimiyyədəki hücumlarla eyni anda Bağdadın Əl-Griat, Suleyh Polis Mərkəzi və Tunis səmtində meydana gələn bombalı hücumlar nəticəsində isə 8 nəfər həyatını itirərkən 25 nəfərin də yaralandığı bildirilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılarkən hücumların məsuliyyətini hələ boynuna götürən olmayıb.
Bir müddətdir qarışıqlıq, şiddət və günahsız insanların ölümünün yaşandığı İraqda İŞİD liderliyindəki silahlı qruplar ilə ordu birlikləri arasında qarşıdurmalar yaşanır. Paytaxt Bağdad başda olmaqla bir çox şəhərdə bombalı hücumlar təşkil edilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.