banner
banner

İdman

Peresdən Raul və Kasilyas haqda şok fikirlər

Peresdən Raul və Kasilyas haqda şok fikirlər

"El Confidencial" qəzeti "Real"ın prezidenti Florentino Peresin 2006-cı ilin sentyabr ayında keçirilən iclasda söylədiyi fikirləri yayımlayıb.

Qol.az xəbər verir ki, həmin vaxt iclas zamanı klub rəhbəri komandanın sabiq futbolçuları İker Kasilyas və Raul Qonsalesi tənqid edib. Peres sözügedən sabiq oyunçuların "Real"ın məhvinin günahkarı və özünün 2006-cı ildə klub prezidenti vəzifəsindən getməsinin əsas səbəbkarı hesab edib:

 "Kasilyas "Real"a uyğun qapıçı deyil. Bunu sizə deməyimi istəyirsiniz? Kasilyas heç vaxt bizə münasib qapıçı olmayıb. O, bizim böyük uğursuzluğumuzdur. Sadəcə, ona hörmət edənlər İkeri çox güclü müdafiə edirlər. Ən böyük fırıldaqçılardan biri Kasilyas, digəri isə Rauldur".

"El Confidencial" Pereslə bu fikirləri ilə bağl əlaqə saxlayıb, lakin klub prezidenti şərh verməkdən imtina edib.

Qeyd edək ki, 40 yaşlı Kasilyas karyerasının böyük hissəsini "Real"da keçirib. O, Madrid təmsilçisinin əsas komandasında 17 il oynadıqdan sonra 2015-ci ildə "Portu"ya transfer olunub..

44 yaşlı Raul isə "Real"da 741 matçda 323 qol vurub. O, Madrid təmsilçisində 16 mövsüm keçirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.