banner
banner

İdman

UEFA reytinqində xalımız artdı

UEFA reytinqində xalımız artdı

Avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, Konfrans Liqasında "Aşdod"la (İsrail) Bakıda heç-heçə (0:0) edən “Qarabağ” ölkəmizin aktivinə daha 0,125 xal qazandırıb.

Mövqeyi dəyişməyən Azərbaycan son beş mövsümün hesablamalarına əsasən 13,375 xalla 29-cu sıradakı yerini qoruyub.

Qazaxıstan 13,750 xalla 28-ci, Polşa isə 13,000 xalla 30-cu yerdədir.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki qələbələrə görə "Neftçi" 0,500, Konfrans Liqasında "Çukariçki" ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə "Sumqayıt" ölkəmizə 0,125 xal qazandırıb. Beləliklə, bu mövsüm Azərbaycanın qazancı 0,750-yə çatıb.

Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.