banner
banner

Dünya

Ordunun gücündən danışdı- FOTOLAR

Ordunun gücündən danışdı-

“2000-ci illərin əvvəlində ordunun ümumi sayı 1,3 milyon olsa da mən çətinliklə 50 min döyüş qabiliyyətli qoşun yığa bildim”. 
Rusiya prezidenti bu barədə dünən “Rossiya 1” telekanalında nümayiş etdirilmiş “Prezident” filmi üçün verdiyi müsahibəsində bildirib. 
İkinci Çeçenistan müharibəsinə hazırlıqla bağlı danışan Rusiya prezidenti 15 il əvvəlki günləri xatırlayıb: “Uzaq Şərqdən qoşun yığdım, Şimal donanmasından dəniz piyadalarını gətirdim. Ordunun maddi və mənəvi vəziyyəti ağır idi. İndi tamamilə başqa vəziyyətdir”. 
Filmdə 1999-cu ilin kadrları göstərilir. Dağıstanda hərbi çadırlarda qələbə sağlığı deyən Putin generalları qədəhləri yerə qoymağa məcbur edir: “Tapşırığı yerinə yetirəndən sonra içəcəyik”, - deyə o vaxt yeni seçilmiş Rusiya prezidenti Çeçenistanın nəzarətə götürülməsinə işarə vurub. 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.