banner
banner

İdman

Zona yarışları keçirilib- FOTOLAR

Zona yarışları keçirilib-

Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri davam edir.
Aprelin 24-dən 27-dək Xaçmazda atletika, Şəmkirdə güləş, Şirvanda karate, Qusarda cüdo və Cəlilabadda basketbol üzrə zona yarışları keçirilib.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən atletika üzrə zona yarışında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının və Sumqayıt şəhərinin komandaları mübarizə aparıb. 1-ci yeri Xaçmaz rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri isə Qusar rayonunun komandaları tutublar.
Şəmkir Olimpiya İdman Kompleksində isə güləş üzrə zona yarışları davam etdirilib. Yarışlarda idmançılar güləşin hər iki növü üzrə 5 çəki dərəcəsində (sərbəst güləş: 26, 32, 38, 47, 59 kq; yunan-roma güləşi: 23, 29, 35, 42, 53 kq) mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə respublikanın 18 şəhər və rayonundan 178 güləşçi qatılıb.
Şirvan şəhərində karate idman növü üzrə zona yarışları keçirilib. Şirvan Olimpiya İdman Kompleksində baş tutan yarışda Şirvan şəhərinin, Sabirabad, Ucar, Beyləqan, Xocəvənd, Ağcəbədi, Zərdab və Laçın rayonlarının komandaları iştirak ediblər. Yarışlarda 150 nəfərdən artıq idmançı karatenin Şotokan və Qocyu-ryu növü üzrə mübarizə aparıb. Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xocavənd, 2-ci yeri Zərdab, 3-cü yeri Laçın, Qocyu-ryu növü üzrə isə 1-ci yeri Şirvan şəhərinin, 2-ci yeri Beyləqan rayonunun, 3-cü yeri Hacıqabul rayonunun komandaları tutublar.
Qusar Olimpiya İdman Kompleksində isə cüdo üzrə zona yarışına start verilib. Yarışda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı rayonlarından və Sumqayıt şəhərindən 92 məktəbli iştirak edib. Komanda hesabında 1-ci yeri Qusar rayonunun, 2-ci yeri Şabran rayonunun, 3-cü yeri Sumqayıt şəhərinin komandaları tutublar.
Cəlilabad rayonunda basketbol idman növü üzrə keçirilən zona yarışına 10 rayonun komandası qatılıb. Gərgin mübarizə şəraitində keçən görüşlərin nəticələrinə əsasən, 1-ci yeri Cəlilabad, 2-ci yeri Salyan rayonunun, 3-cü yeri Lənkəran rayonunun komandaları tutublar.
Zona yarışlarının qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.

I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan bu yarışlar mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.

Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsi və idmanın rolunu artırmaqdan ibarətdir.
















Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.