Nepalda dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 4 minə çatıb. Cia.az-ın məlumatına görə, Türkiyəli xilasedicilər dağıntılar altından bir kişini 36 saatdan sonra sağ xilas ediblər. Xəsarət alan şəxsin şüuru özündə olub. Üzərindən 3 gün keçməsinə baxmayaraq, dağıntılar altında hələ də sağ qalanların olduğu ehtimal edilir. İnsanlar hələ də ümidlərini itirməyiblər. Lakin təbii fəlakət bölgələrində ağır texnikanın çatışmazlığı xilasetmə əməliyyatlarını ləngidir. İnsanlar fərdi şəkildə dağıntıları təmizləməyə çalışırlar. Nepal rəsmiləri ölü sayının artacağını proqnozlaşdırırlar. Rəsmilər hələlik bəzi dağlıq kəndlərdən xəbər ala bilmədiklərini də qeyd ediblər. Məlumata görə, zəlzələ nəticəsində 6 500-dən çox insan xəsarət alıb.
Ölkəyə humanitar yardım göstərməyə çalışanlar da az deyil. İndiyə qədər Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Böyük Britaniya, Çin və İsrail Nepala yardım əlini uzadıb. Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri Nepala əlavə olaraq 9 milyon dollar məbləğində maliyyə dəstəyi vəd edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.