Suriyanın Kobani şəhərində İŞİD və kürd silahlıları arasında gedən döyüşlərdə öldürülüşmüş PKK-nın önəmli simalarından olan kod adı "Sımko Çarçela" olan Serbest Kartal Türkiyənin Yüksekova vilayətində basdırılıb. 26 Oktyabr 2014-cü ildə öldürülən "Simko Çarçela"nın dəfnindən sonra qarşıdurmalar yaşanıb. Qarşıdurmalarda üstündə tüstü şaşkası daşıyan 1 nəfər yaralanıb. Dəfn mərasiminə Şırnakdan olan millət vəkili və HDP-nin Hakkari 1-ci dairəsindən namizəd olan Selma Irmak və HDP-nin deputatlığa namizədləri Nihat Akdoğan, Abdullah Zeydan, Yüksekova Bələdiyyə Başqanı Ruken Yetkin, HDP və DBP partiyalarının rəhbərləri də qatılıb. Cənazənin torpağa verilməsindən sonra bir qrup şəhərin mərkəzindəki Cengiz Topel Prospektində toplanaraq yolda barrikadalar quraraq şuarlar səsləndirib. Polis nümayişçiləri gözyaşardıcı qaz və su şırnaqları ilə dağıtmağa başlayıb. Aksiya iştirakçıları da polisə daş, molotof kokteli və fişənglər atıb. Qarşıdurmalarda silah səsləri də eşidilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.