banner
banner

İdman

"Futbolçular dost olmağa məcbur deyil" - Mbappe

"Futbolçular dost olmağa məcbur deyil" - Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe öz statusu haqqında fikrini bildirib.

Qol.az xəbər verir ki, bununla bağlı o, "Esquire"yə açıqlamasında deyib:

"Özümü ulduz hesab edirəm? Məncə, bəli. Bir insanın siması bütün şəhərdə və dünyada rast gəlinirsə, bu belədir. Ulduz olmaq status məsələsidir, amma məni digərlərindən daha yaxşı etmir.

Yüksək səviyyəli futbolda heç kim sizə endirim etməz və ya nəyəsə qadir olduğunuzu deməz. Özünüzü kim olduğunuza inandırmalısınız. Eqo və özünü sevmək ulduzların şıltaqlığı deyil. "Mən ən yaxşıyam" demək istəyi üçün mümkün olan hər şeyi edirik.

Oyunçular dost olmağa məcburdurlar? Xeyr. Necə ki, çörəkçiyə başqa çörəkçilərlə dostluq etmək lazım deyil. Qələbə qazanmaq üçün komanda yoldaşlarınızla hər gün nahar etmək məcburiyyətində deyilsiniz".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.