banner
banner

Dünya

Moskvada reyd: 3500 miqrant saxlanıldı

Moskvada reyd:

Moskva polisi keçirilmiş “miqrant-axtarış” əməliyyatı zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozmuş  3,5 minədək xarici vətəndaşı saxlayıb. Kompleks profilaktik tədbirlər Rusiya paytaxtında   aprelin 17-dən keçirilir.   

Əməliyyat zamanı miqrantların yaşadığı 460-dan çox yataqxana yoxlanılıb. “Altı gün ərzində cinayətlərdə əlaqəli olub-olmadıqlarını yoxlamaq məqsədilə 42 mindən çox xarici vətəndaş polis bölmələrinə gətirilib. Onlardan 3,5 min şəxs miqrasiya qanunvericiliyinin tələblərini pozub, 2 min nəfər barəsində ölkədən çıxarılmasına dair qərar verilib”, deyə məlumatda bildirilir .    

Əməliyyat zamanı 47 nəfər  ağır və xüsusi ağır cinayətlər törətməkdə şübhəli şəxs qismində saxlanılıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.